“Ulduz”un çempionlar liqasında rəqibləri müəyyənləşdi

İtaliyanın Vigevano şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında yanvarın 21-dən 25-dək çempionlar liqasının oyunları keçiriləcək.

Allsport.az xəbər verir ki, turnirdə Azərbaycanı eşitməqüsurlu əlillərdən ibarət “Ulduz” futzal komandası təmsil edəcək. Püşkün nəticəsinə görə, “B” qrupunda yer alan təmsilçimizin rəqibləri İtaliyanın “Potenza”, Danimarkanın “Vikinq” və İspaniyanın “Qranada” komandaları olacaq.

“Ulduz” yanvarın 21-də Bakı vaxtı ilə 15:00-də “Vikinq”, saat 20:00-da isə “Qranada”, yanvarın 22-də saat 14:00-da “Potenza” komandası ilə qarşılaşacaq. Həmin gün 1/8, ertəsi gün 1/4, yanvarın 24-də isə yarımfinal mərhələsinin oyunları keçiriləcək.

Turnirin qalibi və üçüncü yerin sahibi yanvarın 25-də keçiriləcək oyunlarla müəyyənləşəcək.

Həmin kateqoriyadan