“Xəzər Lənkəran” “Sumqayıt” üçün son məşqə sabah çıxacaq

Milli komandamızın AÇ-2016-nın seçmə mərhələsindəki oyunu ilə əlaqədar Premyer Liqada verilən fasilə başa çatıb. Allsport.az xəbər verir ki, aprelin ilk günündə milli çempionatımızın 27-ci turu çərçivəsində “Xəzər Lənkəran” doğma meydanda “Sumqayıt”ı qonaq edəcək.

Cənub klubu artıq bir neçə gündür ki, Lənkərandakı bazasında məşqlərini davam etdirir və hazırda Ruslan Cəfərov istisna olmaqla heyətdə zədəli futbolçu yoxdur. Gənc müdafiəçi fərdi olaraq fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin nəzarətində bərpa dövrünü keçir. Sabah oyunöncəsi son məşqini əsas meydanda keçirəcək “Xəzər Lənkəran” daha sonra oyun saatını gözləyəcək.

Xatırladaq ki, “Xəzər Lənkəran” – “Sumqayıt” matçı aprelin 1-də keçiriləcək və saat 17.00-da start götürəcək.

Həmin kateqoriyadan