- Baxış sayı: 54
- 04 Noyabr 2026 15:55
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” hazırlığını davam etdirir. Allsport.az xəbər verir ki, “Metallurq”la yoxlama görüşündən sonra 1 gün istirahət edən cənub təmsilçisi bu gün məşqlərini bərpa edib.
Günün ilk məşqini dəniz kənarında reallaşdıran baş məşqçi Elbrus Məmmədov günün ikinci hazırlığını meydançada təşkil edəcək. Hazırda komanda üzvlərindən mərkəz müdafiəçisi Rasim Ramaldanov zədədən əziyyət çəkir. Bakıda müalicə alan oyunçunun düşərgəyə nə vaxt qoşulacağı bəlli deyil.