Xorvat fanatlar qalmaqal yaratdı

Avropa çempionatı-2016-nın seçmə «H» qrup mərhələsində keçirilən Azərbaycan – Xorvatiya matçında qonaq azarkeşlər qalmaqal yaratdı.

Allsport.az saytı xəbər verir ki, fanatlar «Bakcell Arena»da millətçi söz olan banner açmaq istərkən, polis məsələyə müdaxilə edib.

Plankart yığışdırıldı, xorvatların ətrafı Çevik Polis Alayının əsgərləri ilə gücləndirildi. Maraqlıdır ki, çılğınlığı ilə tanınan qonaq azarkeşlər stadiona millinin formasında deyil, adi futbol geyimində daxil olmuşdular.

Həmin kateqoriyadan