“Yarış zehində qazanılır”

Azərbaycan karate federasiyasının dəstəyi ilə idmançılar üçün nəzərdə tutulmuş psixoloji maarifləndirici seminar baş tutub.

Allsport.az xəbər verir ki, “Yarış zehində qazanılır – Karate idman növünün psixoloji tələbləri” mövzusunda keçirilən seminarın məqsədi milli komanda üzvlərinin zehni hazırlıq səviyyəsini artırmaq, psixoloji davamlılıq və yarış strategiyalarında effektiv yanaşmaları təqdim etmək olub.

Seminar ABŞ psixoloqlar assosiasiyasının fərdi və idman psixoloqu Məmmədli Gülbəniz tərəfindən keçirilib. O, qeyd edib ki, bu təşəbbüs fərdi təşviqat əsasında həyata keçirilib və rəsmi iş yeri yalnız qeyd olunan klubdur.

Seminar zamanı karate idman növünün psixoloji tələbləri, idmançının zehni inkişafının yarış uğurlarına təsiri və idman psixologiyasında əsas texnikalar barədə geniş məlumat verilib.

Sessiya interaktiv şəkildə, psixoloji texnikalar və iştirakçıların sualları əsasında təşkil olunaraq, real yarış təcrübələrindən nümunələrlə zənginləşdirilib.

Həmin kateqoriyadan