Yaşar Vahabzadə: “Heyətdə yeni adlar olacaq”

Topaz Premyer Liqası klublarının və aşağıyaşlı yığma komandaların təlim-məşq toplanışlarını izləmək məqsədilə Turkiyənin Antalya şəhərində səfərdə olan Azərbaycan U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadə AFFA-nın saytına açıqlama verib. Allsport.az sizi həmin açıqlama ilə tanış edir:

“Klubların əsas və əvəzedici komandaları ilə yanaşı, burada təlim-məşq toplanışında olan yığmalarımızın da oyunlarını izləyirik. Bir neçə futbolçu müsbət mənada diqqətimizi çəkib və yığmada yeni adların olacağı istisna deyil. “Qəbələ”nin yarımmüdafəçisi Tellur Mütəllibovu və “Neftçi”nin müdafiəçisi Rail Məmmədovu növbəti toplanışlarda U-21-in heyətinə cəlb etmək fikrindəyik. Maraq dairəmizdə olan və adını çəkmək istəmədyim digər futbolçular isə hələ ki, öz üzərlərində bir qədər də çalışmalıdırlar”.

Həmin kateqoriyadan