- Baxış sayı: 107
- 26 İyul 2026 19:18
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0
Azərbaycan millisinin yeni baş məşqçisi Miltinyonun (Milton Luis Ziller Junior) müqavilə müddəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan Futzal Federasiyası onunla bir illik müqavilə imzalayıb.Braziliyalı mütəxəssis özünü yaxşı tərəfdən göstərə bilsə, müqavilənin müddəti 2017-ci ildə avtomatik bir il də uzadılacaq.
Miltinyo Azərbaycana iyunun 18-də təşrif buyuracaq. Bundan iki gün sonra isə futzal millimiz dünya çempionatına hazırlıq üçün Bakıda təlim-məşq toplanışına başlayacaq. Federasiya rəhbərliyi isə artıq yığmamız üçün rəqib axtarışına başlayıb.