Yeniyetmə güləşçilərin Antalya sınağı

Aprelin 11-dən 14-dək Türkiyənin Antalya şəhərində yeniyetmə bahadırların “Victory kuboku” keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi hər 3 milli təmsil edəcək.

Böyük məşqçi Əsgərxan Novruzovun rəhbərliyi ilə 12 sərbəst güləşçi – Murad Haqverdiyev (45 kq), Mircavad Nəbiyev (48 kq), Kənan Heybətov (51 kq), Riad Aslanov, Zirəddin Bayramov (hər ikisi – 55 kq), Fərhad Kərimli, Mamed Əhmədov (60 kq), Cəbrayıl Hacıyev (65 kq), Məmmədəli Əliyev (71 kq), Abdulcəlil Şabanov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) mübarizə aparacaqlar.

Yunan-Roma güləşində böyük məşqçi Taleh İsrafilov və məşqçi Əbülfət Məmmədovun tapşırıqlarını Fərid Sadıqlı (45 kq), Cavidan Məmmədli, Məlik Əliyev (hər ikisi – 48 kq), Elmir Əliyev, Nihad Quluzadə (51 kq), Nihad Məmmədli, Yadigar Qaybəliyev (55 kq), Həsrət Cəfərov, Əli Əliyev (60 kq), Xasay Həsənli (65 kq) və Laçın Vəliyev (92 kq) icra edəcəklər.

Qızların yarışında isə böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Həşimzadənin rəhbərliyi ilə Zenfira Həşimova (43 kq), Lalə Mirzəyeva (46 kq), Gültəkin Şirinova (49 kq), Elnurə Məmmədova (53 kq), Mərziyə Sadıqova (61 kq) və Nigar Mirzəzadə (65 kq) qüvvəsini sınayacaqlar.  

Qeyd edək ki, turnirdə bizdən 2-ci dərəcəli beynəlxalq hakim Zaur Şərifov ədaləti qoruyacaq.

Həmin kateqoriyadan