Millimiz Antalyaya bu heyətlə gedəcək

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Allsport.az xəbər verir ki, toplanış 2015-ci il yanvarın 10-dan 24-nə qədər Türkiyənin Antalya şəhərində baş tutacaq.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Kamran İbrahimov, Elçin Əsədov, Aslan Bədəlzadə, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı “Neftçi”), Sahib Cümşüdov, Ərziman Rizvanov (hər ikisi “Sumqayıt”), Yusif Həsənov, İbrahim Qədirzadə (hər ikisi “Xəzər Lənkəran”), Məmməd Hüseynov, Süleyman Əhmədov, Nemət Məmmədrəhimov (hamısı “Qarabağ”), Nadir Qasımov, Ceyhun Muxtarlı (hər ikisi “İnter”), Abbas Ağazadə, Məhərrəm Hacıyev (hər ikisi “Turan”), İlham Rəhimov, Tural Əjdərli, Aqşın Hüseynov, Cavidan Qasımlı, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Emin Səfixanov (“Metallurq”, Donetsk, Ukrayna), Samir Əliyev (“Bakı”), Ricat Qarayev (“Əlincə”).

Həmin kateqoriyadan