- Baxış sayı: 98
- 15 Sentyabr 2026 13:56
- Baxış sayı: 78
- Sentyabr 25, 2026
- 0

Futzal üzrə millimizin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi ilk iki oyunun vaxtı və məkanı müəyyənləşib. Allsport.az xəbər verir ki, yığma ilk matçını yanvarın 29-da Bakı idman sarayında Slovakiya seçməsinə qarşı keçirəcək.
Qarşılaşma saat 18:00-da başlayacaq.
Komanda fevralın 2-də Yunanıstanın qonağı olacaq. Paytaxt Afinada “Daiss Sports Hall”dakı oyun saat 20:00-da start götürəcək.