Yığmamızın üzvü oynadı, komandası 3 qola sevindi

Almaniyanın “Fortuna” klubu növbəti yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Toğrul Əratın komandası Avstriya toplanışı çərçivəsində Çexiyanın “Prşibram” klubu ilə üz-üzə gəlib.

Matç 3:0 hesabıyla Düsseldrof təmsilçisinin xeyrinə başa çatıb. Ərat ikinci hissədə meydanda olub və yenə cinah müdafiəçisi kimi mübarizə aparıb.

Qeyd edək ki, bir neçə gün öncə “Prşibram”a millimizin digər üzvü Dmitri Nazarovun komandası – “Karlsrue” də qalib gəlmişdi – 1:0.

Həmin kateqoriyadan