Yüksək liqada 15-ci tura yekun vuruldu

Futzal üzrə yüksək liqada 15-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, turun açılış matçında “Premier” (Quba) “Xızı Futzal”la üz-üzə gəlib. 17 qolun qeydə alındığı oyunda “Xızı Futzal” qələbə qazanıb.

“Neftçi” isə “Bakı” ilə görüşdə inamlı qələbəyə sevinib. Turun mərkəzi oyununda lider “Araz” ən yaxın izləyicisi olan “Marafon”la qarşılaşıb. Oyun yarımçıq qalıb.

“Baku Fire” EKOL-la görüşdə məğlub olubsa, autsayderlərin duelində “Record club” “Yasamal”dan güclü olub.

Premier (Quba) – Xızı Futzal (4:5) 8:9
Qollar: Vüqar  Asalıyev, 09:53, 31:51, 32:57, Qulu Rzayev, 10:49, 39:57, Oqtay Orucov, 16:57, 30:40, Habil Nurəhmədov, 17:42 // Aydın Qasımov, 02:22, 03:42, Firudin Ağalarov, 14:49, 36:27, Cavad Hacıyev, 16:25 (ö/q), Qərib İbrahimov, 18:42, 25:59, Xəyal Quliyev, 21:37, Elnur Soltanlı, 32:38

Neftçi İK – Bakı TFK (2:0) 7:1
Qollar: Elçin Zeynalov, 02:43, 22:06, İlham Allahverdiyev, 17:58 (ö/q), Adil İsmayılov, 25:47, Əjdər Əjdərov, 26:09, Vahib Xocayev, 30:20, Tofiq Hüseynov, 38:25 // Məhəmməd Xəlilov, 28:22

Marafon FK – Araz (0:0) 0:1 (oyun başa çatmayıb)
Qollar: İsa Atayev, 25:34

EKOL – Baku Fire (1:0) 7:2
Qollar: Namiq Məmmədkərimov, 15:55, 28:02, 28:36, Oktay  Rüstəmli, 20:36, Fərid Atakişiyev, 30:47, Fərid Ələkbərov, 35:16, Əsgər Abasov, 35:38 // Elşən Zərbəliyev, 29:25, Rəvan Abdullayev, 33:59

Record club – Yasamal İSK (4:2) 6:5
Qollar: Sabir Hacıəliyev, 07:37, Vahid Ansari, 09:57, 12:37, 29:41, Hamed Noroozi, 10:32, Chiya Babakhani, 26:01 // Pərviz Əliyev, 12:02, Majid Kalhori, 18:52, 29:57, 33:43 (pen.), 36:03 (pen.).

Həmin kateqoriyadan