Yüksək liqanın oyunu Qubada

Yüksək liqanın XIV turu çərçivəsində keçiriləcək “Premier” (Quba) – “Araz” oyununun məkanı müəyyənləşib.

Allsport.az xəbər verir ki, qarşılaşma Qubada yerləşən Azərbaycan dövlət iqtisad universitetinin idman kompeksində keçiriləcək. Görüş dekabrın 25-də saat 14:00-da başlayacaq və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Yüksək liqanın debütantı olan əyalət təmsilçisi oyunun Qubada keçirilməsi ilə bağlı Azərbaycan futzal federasiyasına müraciət ünvanlamışdı. Vəziyyəti dəyərləndirən və idman kompleksinə baxış keçirən qurum qarşı tərəfin müraciətini müsbət cavablandırıb.

Həmin kateqoriyadan