Yüksək liqanın oyunu yarımçıq qaldı

Bu gün yüksək liqanın 15-ci turu çərçivəsində keçirilən “Marafon” – “Araz” oyunu başa çatmayıb. Allsport.az xəbər verir ki, oyunun 26:09 dəqiqəsində referilər “Marafon” komandasının onların qərarına etiraz edərək meydanı tərk etdiyini əsas gətirərək görüşü dayandırıb. 

Sonrakı dəqiqədə komanda oyunu davam etdirmək istəsə də, “Araz” komandası hakimlərin matçı bitirdiyini bildirərək meydana geri dönməkdən imtina edib. 

Məsələ ilə bağlı İntizam Komitəsi qərar verəcək.

Həmin kateqoriyadan