Yumurtaya görə 100 min cərimə olundu

Orta çəkidə keçmiş müvəqqəti WBA çempionu Kris Yubenk mətbuat konfransı zamanı rəqibi Konor Benni yumurta ilə vurduğu üçün 100 min funt sterlinq cərimələnib.

Allsport.az xəbər verir ki, idmançı cəza barədə sosial şəbəkədə məlumat yayıb və qeyd edib ki, “hər qəpiyinə dəyərdi”.

Rəqiblər arasında ilk “baxış döyüşü” zamanı Yubenk Bennin başında yumurta əzmişdi.

Yubenk və Benn arasında döyüş aprelin 26-da Londondaki “Tottenhem” stadionunda keçiriləcək.

Həmin kateqoriyadan