Zaur Axundov milli komanda ilə görüşüb

Bu gün AFFA-nın icraiyyə komitəsinin üzvü, futzal federasiyasının prezidenti Zaur Axundov millinin heyəti ilə görüşüb. Allsport.az xəbər verir ki, AFF prezidenti komandanın üzvlərinə qarşıdakı oyunlarda ugurlar arzulayıb.

Millinin baş məşqçisi Joze Alesio Da Silva hazırlıqla və oyunçuların durumu ilə bağlı federasiya rəhbərinə məlumat verib.

Milli komanda Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yanvarın 29-da Bakı İdman Sarayında Slovakiya, fevralın 2-də isə Afinada Yunanıstan yığması ilə qarşılaşacaq.

Həmin kateqoriyadan