Zelim Kotsoyev də karyerasını “Cüdo-2012” klubunda davam etdirəcək

Ölkəmizdə cüdonun inkişafına dəstək verən, yeniyetmə və gənclərin bu idman növünə yiyələnməsi üçün əlverişli şərait yaradan “Cüdo-2012” klubu, milli komandanın aparıcı üzvləri ilə də müqavilələr bağlayır.

Allsport.az saytı xəbər verir ki, dünya və Avropa çempionatının bürünc mükafatçısı Zelim Kotsoyev bundan sonra karyerasını adı çəkilən ünvanda davam etdirəcək.

Anlaşma mərasiminə cüdo federasiyasının prezidentinin müşaviri Natiq Bağırov, “Cüdo-2012” ictimai birliyinin sədri Azər Əsgərov, klubun icraçı direktoru Mübariz Cəfərov, baş məşqçisi Zaur Paşayev və gənclərdən ibarət millinin baş məşqçisi Elxan Məmmədov qatılıblar.

Ötən ay “Cüdo-2012” seçmə komandamızın legionçusu Səid Mollayi ilə sözləşmişdi.

Həmin kateqoriyadan