Ədalətli oyunlar sahəsində fərqlənənlərə mükafatlar təqdim edilib

Milli olimpiya komitəsinin ədalətli oyunlar komissiyası ötən ilin yekunlarına əsasən, bu sahədə fərqlənənlərə və “Ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqənin qaliblərinə mükafatlar təqdim edib.

Allsport.az saytı xəbər verir ki, MOK-un inzibati binasında tədbirdə vitse-prezidentlər Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, baş katibi Azər Əliyev, sabiq baş katib Ağacan Abiyev, ədalətli oyunlar komissiyasının sədri Xəzər İsayev və müxtəlif idman federasiyalarının nümayəndələri iştirak ediblər.

Sonra qaliblərə mükafatların təqdimatı mərasimi keçirilib. Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi nominasiyasında mükafat MOK-un baş katibi Azər Əliyevə təqdim olunub. Ədalətli oyun prinsiplərinə sadiq hakim nominasiyasında Asif Şirəliyev (güləş), ədalətli oyun prinsiplərinə sadiq məşqçi nominasiyasında isə Radiq Hüseynov (güləş) fərqləniblər. Ədalətli oyun prinsiplərinə sadiq idmançı mükafatı karateçi Rafael Ağayevə verilib.

“İdman TV” və “Olimpiyası dünyası” qəzeti də mükafata layiq görülüb. Daha sonra “Ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqənin qaliblərinə mükafatlar təqdim edilib. Belə ki, Zaur Mustafayev (“Trend” informasiya agentliyi) 1-ci, Azər Əlizadə (“Olimpiya dünyası” qəzeti) 2-ci, Dilavər Nəcəfov (gənclər və idman nazirliyi) 3-cü olublar.

Sonda xatirə şəkli çəkdirilib.

Həmin kateqoriyadan