- Baxış sayı: 168
- 11 Noyabr 2026 11:35
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Füzulidə keçirilən “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində Azərbaycan təmsilçiləri ilk yarış gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.
Allsport.az xəbər verir ki, 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində bir nəfərlik kayak qayığı üzrə 200 metr məsafədə Əlimurad Hacızadə birinci, Nuran Rəhimli isə ikinci yerə layiq görülüb.
Hüseyn Səmədli 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində bir nəfərlik kanoe qayığı üzrə 200 metr məsafədə, Elmir Tarverdiyev isə 2010-2011-ci il təvəllüdlü idmançıların yarışında bir nəfərlik kayak qayığı üzrə 200 metr məsafədə bürünc medal qazanıblar.