- Baxış sayı: 39
- 28 Sentyabr 2026 20:11
- Baxış sayı: 127
- Sentyabr 26, 2026
- 0

Bu gün Füzulinin Aşağı Göndələnçay su anbarında avarçəkmə üzrə beynəlxalq yarış başladı. Allsport.az saytı xəbər verir ki, reqatanın gedişində gənclər və idman naziri Fərid Qayıbov ayaqüstü açıqlama verdi:
“Artıq üçüncü dəfədir işğaldan azad olunan ərazidə, Füzulidə bu yarış keçirilir. İldən-ilə “Mingəçevir reqatası”na maraq artır. Yerli sakinlərin bu idman növünə diqqətin artdığını görürəm. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən “İdman paytaxtı” çərçivəsində çoxlu yarışlar təşkil edilib və ediləcək. Qarabağ bölgəsində xeyli idman bölmələri açılır.
Bu tədbirə hazırlıq yüksək səviyyədədir. İnanıram ki, yaxın gələcəkdə iştirakçı sayı daha artacaq və əhatə dairəsi genişlənəcək. Ümid edirəm ki, nəvaxtsa avarçəkmə üzrə Avropa və ya dünya çempionatı Mingəçevirdə keçiriləçək.
Bizim çox yaxşı beynəlxalq yarış keçirmək təcrübəmiz var. Hələlik işğaldan azad olunan ərazilərdə avarçəkmə, şahmat və velosiped idmanı üzrə tədbirlər təşkil olunub. Federasiyalarla işləyirik, onlara məsləhətlərimizi veririk. Əminəm ki, bu bölgədə beynəlxalq yarışlarının sayı artacaq”.