- Baxış sayı: 89
- 29 Sentyabr 2026 17:19
- Baxış sayı: 89
- Sentyabr 29, 2026
- 0

Azərbaycan üzgüçülük federasiyası Bakıda keçiriləcək “İpək yolu” dünya kuboku öncəsi rəsmi rəmzlərini təqdim edib.
Allsport.az xəbər verir ki, AÜF-ün təqdim etdiyi qəhrəmanlar “Araz”, “Damla” və “Xəzər” adlanır.
Rəmzlər üzgüçülüyə marağın və suya olan sevginin təzahürü kimi hazırlanıb. Onlar həm ən kiçik üzgüçülük həvəskarlarını, həm də peşəkar idmançıları əhatə edən auditoriyaya xitab edir.
Rəmzlərin əsas vəzifələrindən biri su ehtiyatlarından səmərəli istifadənin əhəmiyyətinə diqqət çəkməkdir. Eyni zamanda, qəhrəmanlar vasitəsilə Xəzər dənizində su səviyyəsinin azalması məsələsinin diqqətdə saxlanılması nəzərdə tutulur.
“Araz”, “Damla” və “Xəzər”lə “İpək yolu” dünya kubokunun “Bakı 2026” mərhələsi çərçivəsində keçiriləcək tədbirlər zamanı yaxından tanış olmaq mümkün olacaq.