Qalib gəlib, sonra məğlub olublar

Allsport.az xəbər verir ki, Litvada keçirilən UEFA U-19 Avropa çempionatının 2-ci turuna çıxan 19 yaşadək qızlardan ibarət Türkiyə milli komandası qalmaqallı hadisə ilə qarşılaşıb. Andorra ilə görüşdə 4:0 hesabı ilə qalib gələn “ay-ulduzlular”, 2 cəzalı futbolçunu meydana çıxardığı üçün 0:3 hesabılı texniki məğlubiyyət alıblar.

B liqasında çıxış edən Türkiyə aprelin 1-də Andorra, 4-də isə Litva ilə üz-üzə gəlib. Litvaya 1:0 hesabı ilə qalib gələn Türkiyə xalını 6-ya yüksəltmişdi. Bu məğlubiyyətdən sonra xalları yenidən 3-ə düşüb.

Həmin kateqoriyadan