- Baxış sayı: 45
- 21 Oktyabr 2026 16:45
- Baxış sayı: 98
- Oktyabr 21, 2026
- 0

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov voleybol üzrə 20 yaşadək qızlar arasında Avropa çempionatının I təsnifat mərhələsində hakimlik edəcək.
Allsport.az xəbər verir ki, yarış oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində keçiriləcək.
EEVZA-nın təşkilatçılığı ilə baş tutacaq turnirdə Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və Gürcüstanın milli komandaları mübarizə aparacaqlar.