Stolüstü tenniçilərimiz Avropa çempionatında medalsız qaldı

Stolüstü tenniçilərimiz Avropa çempionatında medalsız qaldı

Rusiyanın Yekaterinburq şəhərində stolüstü tenniçilərin 34–cü Avropa çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışda şəxsi, qoşa, qadınlar və kişilər arasında komanda dərəcələrində 6 dəst medal uğrunda mübarizə aparılıb.

Turnirdə 46 ölkədən 300–dən çox idmançı iştirak edib. Azərbaycan çempionatda baş məşqçi A.Zudovun rəhbərliyi ilə 6 nəfər gənc idmançı ilə (3 oğlan və 3 qız ) təmsil olunub. Təəssüf ki, millinin üzvləri bu rəqabətdə mükafatçılar sırasına düşə bilməyiblər.

Həmin kateqoriyadan