- Baxış sayı: 33
- 21 May 2025 23:56
- Baxış sayı: 104
- May 21, 2025
- 0
“Sabah”la yarımfinalın cavab oyunundakı heç-heçə “Neftçi” üçün ikiqat yubileylə əlamətdar olub.
Allsport.az xəbər verir ki, 1:1 hesablı bərabərlik “ağ-qaralar”ın Azərbaycan kubokunda 40-cı sülhü olub. Paytaxt təmsilçisi 180-ci oyununda bu rəqəmə çatıb.
“Neftçi” həm də 20-ci səfər heç-heçəsini edib. Bu, 82-ci görüşdə qeydə alınıb. Digər sülhlərdən 17-si ev, 3-ü neytral meydana təsadüf edib.
“Ağ-qaralar” kubokun tarixinə həm ümumi, həm ev, həm səfər, həm də neytral meydanda ən çox heç-heçə edən komandadır.