İtaliyada çıxış edə bilər

İtaliyada çıxış edə bilər

“Lion”un müdafiəçisi Nikolas Talyafiko karyerasını İtaliya “A” seriyasında davam etdirə bilər.

Allsport.az xəbər verir ki, “Yuventus” argentinalı futbolçunu heyətinə qatmaq istəyir.

Talyafikonun Fransa klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bunu nəzərə alan “Yuventus” 34 yaşlı sol cinah müdafiəçisini yanvarda transfer etməyə çalışacaq.

Nikolas Talyafiko 2022-ci ilin yayında “Ayaks”dan “Lion”a keçib.

Həmin kateqoriyadan