- Baxış sayı: 178
- 20 Oktyabr 2026 15:03
- Baxış sayı: 98
- Oktyabr 21, 2026
- 0

Oktyabrın 21-də güləş üzrə milli komandaların məşqçilərinə gənc fizioterapistlərin təqdimat mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, görüşdə Azərbaycan idman akademiyasının (ASA) nümayəndələri də iştirak ediblər.
Tədbirdə məşqçilər və fizioterapistlər arasında əməkdaşlığın hansı formatda qurulmalı olduğu, təcrübəçilərin məşq prosesindəki rolu, fəaliyyət prinsipləri və gözləntilərin düzgün müəyyənləşdirilməsi məsələləri görüşün əsas müzakirə mövzusu olub. Görüş zamanı gənc mütəxəssislərin U-15, U-17 və U-20 yaş qrupları üzrə milli komandaların məşq prosesinə cəlb olunması, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi vurğulanıb.
Proqram çərçivəsində tələbələr böyüklərdən ibarət milli komandalarda çalışan peşəkar həmkarlarının təcrübəsindən yararlanacaqlar. ASA ilə birgə həyata keçirilən bu layihə nəticəsində ilk dəfə olaraq bütün yaş qrupları üzrə güləş milli komandaları fizioterapistlərlə təmin ediləcək.
Praktiki təcrübə müddətində fəallığı və peşəkarlığı ilə fərqlənən tələbələrin gələcəkdə daimi işlə təmin olunması nəzərdə tutulur.