“Neftçi” İsveçrədən məğlub qayıdır

“Neftçi” İsveçrədən məğlub qayıdır

“Neftçi” basketbol komandası FİBA Avropa kubokunun qrup mərhələsində növbəti oyununa çıxıb.

Allsport.az xəbər verir ki, İsveçrədə “Fribur Olimpik”in qonağı olan Azərbaycan təmsilçisi “H” qrupundakı üçüncü matçında rəqibinə məğlub olub – 73:78.

Xatırladaq ki, “Neftçi” daha əvvəl müntəzəm mövsümdə Yunanıstan təmsilçisi “Mikonos”a (58:78) və Latviyanın VEF kollektivinə uduzub – 94:110.

Həmin kateqoriyadan