- Baxış sayı: 58
- 20 Oktyabr 2026 20:53
- Baxış sayı: 98
- Oktyabr 21, 2026
- 0

Qazaxıstanlı tennisçi Mixail Kukuşkin karyerasını başa vurub.
Allsport.az xəbər verir ki, 38 yaşlı idmançı Almatıda keçirilən turnirin ikinci mərhələsində yunanıstanlı Stefanos Tsitsipasa 1:6, 2:6 hesabı ilə uduzub. Bu, onun karyerasında sonuncu matç olub.
Kukuşkin peşəkar karyerası ərzində ATP turnirlərində bir titul qazanıb. O, 2010-cu ildə Sankt-Peterburqda keçirilən yarışın qalibi olub.
Qazaxıstanlı tennisçinin “Böyük dəbilqə” turnirlərində ən yaxşı nəticəsi 2012-ci ildə Avstraliya açıq çempionatında və 2019-cu ildə “Uimbldon”da 1/8 finala yüksəlməsi olub.
Kukuşkin dünya reytinqində ən yüksək 39-cu pilləyə qədər yüksəlib.