- Baxış sayı: 65
- 20 Oktyabr 2026 16:56
- Baxış sayı: 98
- Oktyabr 21, 2026
- 0

Azərbaycanın “Landau Lions” basketbol komandası FİBA Avropa kubokunda növbəti oyununa çıxıb.
Allsport.az xəbər verir ki, Danimarkada yerli “Bakken Birs”lə qarşılaşan Ərxan Tökərin baş məşqçisi olduğu kollektiv rəqibinə uduzub – 88:91.
Xatırladaq ki, “Landau Lions” daha əvvəl “G” qrupunda İsveçrənin “Lions de Geneve” komandasına (83:105) və Slovakiyanın “Prievidza” klubuna məğlub olub- 84:108.