- Baxış sayı: 53
- 21 Oktyabr 2026 23:54
- Baxış sayı: 98
- Oktyabr 21, 2026
- 0

“Betis”in yarımmüdafiəçisi Fakundo Bernal İspaniya çempionatında sərt cəza ilə üzləşib.
Allsport.az xəbər verir ki, İspaniya kral futbol federasiyasının intizam komitəsi uruqvaylı futbolçunu la liqanın IX turundakı “Barselona” matçında Lamin Yamala qarşı kobudluğuna görə 4 oyunluq diskvalifikasiya edib.
Oktyabrın 17-də baş tutan və kataloniyalıların 5:2 hesablı qələbəsi ilə bitən görüşün 54-cü dəqiqəsində rəqibin boğazından tutaraq başla zərbə endirən Bernal birbaşa qırmızı vərəqə ilə cəzalandırılmışdı.
İntizam qaydalarının 103.1-ci maddəsinə əsasən rəqibə hücum kimi qiymətləndirilən hərəkətə görə futbolçuya minimum cəza verilib. “Betis” klubunun hakimin protokoluna etirazı və videoyazı sorğusu intizam komitəsi tərəfindən rədd edilsə də, Sevilya təmsilçisi qərardan apellyasiya komitəsinə şikayət edəcəyini açıqlayıb.
Bu qərardan sonra Bernal la liqada “Selta” (Viqo), “Malaqa”, “Elçe”, həmçinin İspaniya kubokunda “Navalkarnero” ilə oyunları buraxmalı olacaq.