- Baxış sayı: 47
- 22 Oktyabr 2026 10:00
- Baxış sayı: 348
- Oktyabr 21, 2026
- 0

“Los Anceles Leykers”in mərkəz oyunçusu Uoker Kesler komanda tarixində meydandan səhvsiz atışların sayına görə ikinci nəticəyə imza atıb.
Allsport.az xəbər verir ki, basketbolçu 12 atışın hamısını dəqiq yerinə yetirib. Bu göstərici üzrə mütləq rekord Uilt Çemberlenə məxsusdur. O, 1969-cu ildə 14 atışın hamısını səbətə göndərib.
NBA-nin əfsanəvi basketbolçusu Şakil O’Nil Keslerin çıxışını yüksək qiymətləndirib:
“‘Leykers’in uzun oyunçuları tarixən dominant olublar. Uoker Kesler NBA-nin ən yaxşı uzun oyunçusudur. Uzun illər belə qalacaq”.
Şöhrət zalının üzvü komanda və Kesler üçün yeni ləqəblər də təklif edib. O, “Leykers”i “Snovtime Lakers”, Kesleri isə “Milkom Chamberlain” adlandırıb.