5-ci dəfə əməliyyat olunacaq

5-ci dəfə əməliyyat olunacaq

UFC-nin keçmiş iki çəki dərəcəsi üzrə çempionu Konor Makqreqor növbəti əməliyyat keçirəcəyini açıqlayıb.

Allsport.az xəbər verir ki, 37 yaşlı irlandiyalı döyüşçü bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, UFC-329 turnirində ABŞ-li Maks Holloueylə revanş döyüşündə aldığı zədədən sonra yenidən əməliyyat masasına uzanacağını bildirib:

“Yaxşı, dostlar, yenidən başlayırıq! Karyeram ərzində beşinci əməliyyatım olacaq. Ümumilikdə baxanda bu, elə də böyük rəqəm deyil. Bunu da bacaracağıq”.

Konor Makqreqor peşəkar MMA-da 2008-ci ildə debüt edib, 2013-cü ildən UFC-də çıxış edir. O, təşkilatın yarımyüngül və yüngül çəki dərəcələrində çempion olub. İrlandiyalı döyüşçü karyerası ərzində 22 qələbə qazanıb, 7 dəfə məğlub olub.

Həmin kateqoriyadan