Abdullayev Çinə yollanır

Azərbaycan və “Qəbələ” İdman Klubunun təmsilçisi Pərviz Abdullayev kikboksinq yarışlarında növbəti döyüşünü keçirəcək. Allsport.az xəbər verir ki, idmançımız iyulun 18-də Çinin Nanjinq şəhərində kikboksinq üzrə reytinq xarakterli yarışda iştirak edəcək.

Ötən gün Asiya ölkəsinə yollanan Abdullayev peşəkar “Kunlun Fight Series”də qüvvəsini sınayacaq. İdmançımız 75 kiloqram çəki dərəcəsində yerli idmançı Aorigele ilə qarşılaşacaq.

Xatırladaq ki, kikboks üzrə beş qat dünya çempionu olan Abdullayev keçirdiyi 41 döyüşdən 13-ü nokautla olmaqla, 38-də qalib gəlib.

Həmin kateqoriyadan