Son sınağın hazırlığı

Son sınağın hazırlığı

Çimərlik güləşi üzrə millimiz bu gün AGF-in təlim-məşq mərkəzində ümumi və xüsusi hazırlıq üzrə toplanışa başlayıb.

Allsport.az saytı xəbər verir ki, sentyabrın 23-dək davam edəcək TMT-də baş məşqçi Oyan Nəzəriani və məşqçi İbrahim Yusubovun rəhbərliyi ilə Rübail İbrahimli, Tunar Quliyev, Hüseyn Sevdimov (hamısı – 70 kq), Vüsal Əliyev, Sahib Dadaşov, Nihad Süleymanlı (80 kq), Əşrəf Aşırov, Elgün Kərimli (hər ikisi – 90 kq) və Camal Feyziyev (+90 kq) iştirak edəcəklər.

Toplanış sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçiriləcək dünya sıralamasının final mərhələsinə hazırlıqdır. Təlimə cəlb edilən yeniyetmə güləşçilər isə noyabrda Seneqalın paytaxtı Dəkərdə yeniyetmələrin yay olimpiya oyunlarına yollanacaqlar.

Həmin kateqoriyadan