Ən ağır çəkinin qalibi nə söz verdi və qızıl medalı kimə həsr etdi?

Ən ağır çəkinin qalibi nə söz verdi və qızıl medalı kimə həsr etdi?

Nardaranda “Dəniz küləyi” istirahət mərkəzində çimərlik güləşi üzrə dünya sıralamasının 4-cü mərhələsində ən ağır çəkidə çıxış edən Camal Feyziyev (+90 kq) siftədə inamla və qətiyyətlə fəxri kürsünün zirvəsinə yüksəldi. Mükafatlandırmadan sonra təbrikləri qəbul edən gənc bahadır Allsport.az saytına bunu söylədi:

“Təbliğatı dəstək üçün bura yollanan bütün KİV nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Cox şadam ki, doğma vətəndə keçirilən bu yarışda qızıl medal qazandım. Azərbaycan güləş federasiyasının rəhbərliyinə, millinin məşçiləri Oyan Nəzərli və İbrahim Yusofova minnətdaram.

2 ay dayanmadan təlim-məşqdə olduq, çox güclü hazırlaşdıq. Mənə dəstək olan ailəmə, özəlliklə, qardaşım Cavid Feyziyevə və onun dünyaya yeni gəlmiş övladı Davidə əmi kimi bu qızıl medalı ona həsr edirəm.

Hərbi xidmətdə olduğum müddətdə də idmanı davam etdirirdim. Amma yarışlara əsgərliyini başa vurduqdan sonra qatılmaq imkanı olur. O üzdən bu sıralamaya 4-cü mərhələdən qoşuldum. Özümü çimərlik güləşində görürdüm. Bu dəfə olmasa da, söz verirəm ki, gələn il ilk mərhələdən başlayıb bir neçə dəfə çempion olub ən ağır çəkidə özünəməxsus Azərbaycan rekordu edəcəyəm.

Bildiyiniz kimi, bu idman növündə ilk addımı yunan-Roma güləşində atmam. 1-ci məşqçim hazırda gənclər seçməsinin təcrübəli çalışdırıcısı Akif Əliyev olub. O indi də mənə dəstək verir”.

Həmin kateqoriyadan