“Çimərlik güləşi tarixində ilk dəfə qızlarda komanda hesabında qalib olduq”

“Çimərlik güləşi tarixində ilk dəfə qızlarda komanda hesabında qalib olduq”

Nardaranda “Dəniz küləyi” istirahət mərkəzində çimərlik güləşi üzrə yeniyetmələrin dünya birinciliyində Azərbaycan təmsilçiləri 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazandı. Allsport.az xəbər verir ki, qızlar ümumi hesabda 1-ci, oğlanlar 2-ci oldular. Millinin baş məşqçisi Oyan Nəzərli idmançılarımızın çıxışını yüksək dəyərdirdi:

“Biz hər zaman güləşçiləri bütün yarışlarda qızıl medallara kökləyirik, onları uğurla məşq etdiririk, DGB qaydaları çərçivəsində bütün imkanlardan yararlanırıq. Hər çəkidə 3 təmsilçimizin hamısı mükafatlara layiq idilər.

Allaha çox şükürlər olsun, cəmdə 2 qızıl medal qazandıq. Çimərlik güləşi tarixində ilk dəfə qızlarda komanda hesabında qalib olduq. Öğlanlar 2 qızıl və 2 bürünclə ümumilikdə 2-ci yerdə qərarlaşdılar, İranla eyni əyarda eyni xal (85) topladılar. Sadəcə, rəqibin 2-ci saylı idmançının əmsalda yüksək olması səbəbindən bizdən öndə dayandı”.

Həmin kateqoriyadan