- Baxış sayı: 44
- 07 Sentyabr 2026 16:40
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

Qadın güləşi üzrə Azərbaycan millisi Quba olimpiya idman kompleksində təlim-məşq toplanışına start verib.
Allsport.az xəbər verir ki, böyüklər və U-23 yaş qruplarını əhatə edən hazırlıq mərhələsi sentyabrın 19-dək davam edəcək.
Ümumi və xüsusi hazırlıq üzrə keçirilən toplanış yığmanın baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında təşkil olunub.
Təlim-məşq toplanışında Xədicə Qurbanzadə, Nəzrin Əhmədli (hər ikisi 50 kq), Nərgiz Səmədova, Fatimə Bayramova, Esra Məmmədli (hamısı 53 kq), Elnurə Məmmədova, Əsmər Cankurtaran, Gültəkin Şirinova (hamısı 55 kq), Jalə Əliyeva, Qaratel Quliyeva, Səadət Quliyeva (hamısı 57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq), Birgül Soltanova (65 kq) və Zəhra Kərimzadə (72 kq) iştirak edir.
İki yaş qrupunu əhatə edən hazırlıq prosesi oktyabrın 12-18-də ABŞ-ın Las Veqas şəhərində keçiriləcək U-23 dünya çempionatına, həmçinin oktyabrın 24-dən noyabrın 1-dək Astanada təşkil olunacaq böyüklər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.