- Baxış sayı: 46
- 07 Sentyabr 2026 19:28
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Vladiqafqaz şəhərində “Xadartsev qardaşlarının kuboku” yarışında uğurla çıxış ediblər.
Allsport.az xəbər verir ki, sərbəst güləşin əfsanələri Aslan və Maxarbek Xadartsev qardaşlarının xatirəsinə həsr olunan yarışda 10-a yaxın ölkədən 100-dən çox idmançı mübarizə aparıb.
Yığmanın baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Teymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında ənənəvi turnirə iştirak edən yığmamızın 8 üzvü fəxri kürsüyə qalxıb.
Zirəddin Bayramov (70 kq), Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) birinci yeri tutub. Osman Nurməhəmmədovla (92 kq) Xetaq Karsanov (125 kq) ikinci, Cəbrayıl Hacıyev (79 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Məhəmməd Qantəmirov (125 kq) isə üçüncü yerlə kifayətlənib.
Beləliklə, millimiz memorialı 3 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub.