Kateqoriyalarını yüksəldiblər

Kateqoriyalarını yüksəldiblər

Azərbaycanın güləş hakimləri Samil Fəttayev və Nihad Muradov Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında imtahandan uğurla keçərək kateqoriyalarını yüksəldiblər.

Allsport.az xəbərt verir ki, mayın 20-24-də təşkil olunan yarışda ədaləti qoruyan və buna qədər milli kateqoriyada daxili görüşləri idarə edən Nihad Muradov (Naxçıvan MR) III dərəcəli beynəlxalq hakim statusuna yüksəlib. Samil Fəttayev (Lənkəran) isə III dərəcədən II dərəcəyə çatıb.

Bununla da Azərbaycanın beynəlxalq güləş hakimlərinin sayı 24-ə çatıb.

Həmin kateqoriyadan