Dünya çempionatına hazırlıq

Dünya çempionatına hazırlıq

Azərbaycanın sərbəst güləş üzrə U-23 millisi bu gün ümumi və xüsusi hazırlıq üzrə toplanışa start verib.

Allsport.az xəbər verir ki, yığma hazırlıqlara AGF-nin təlim-məşq bazasında başlayıb.

Sentyabrın 19-dək davam edəcək hazırlıq prosesinə məşqçilər Teymuraz Kokoyev və Arif Abdullayevin rəhbərlik edir.

Toplanışda güləşçilərdən Muhəmməd İsmayılov, Hüseyn Rzazadə, İbrahim Həsənov (hamısı 57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev, Hüseyn Hüseynov, Ayxan Abdullazadə (hamısı 65 kq), Ramik Heybətov, Hacı Kərimov (hər ikisi 70 kq), Ağanəzər Novruzov, Nihad Abbasov (hər ikisi 74 kq), Elcan İsmayılzadə, Elxan Qarayev (hər ikisi 79 kq), Səbuhi Əmiraslanov (86 kq), Təbriz Bayramov, Anar Cəfərli (hər ikisi 92 kq), Səid Paşayev, Zəfər Əliyev (hər ikisi 97 kq), Xetaq Karsanov, Məhəmməd Qantəmirov və Yusif Dursunov (hamısı 125 kq) iştirak edirlər.

Toplanış oktyabrın 12-dən 18-dək Las Veqasda keçiriləcək U-23 dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Həmin kateqoriyadan