“Müqayisə olunacaq bir şey yoxdur”

“Müqayisə olunacaq bir şey yoxdur”

Nardaranda “Dəniz küləyi” istirahət mərkəzində çimərlik güləşi üzrə dünya sıralamasının 4-cü mərhələsində 90 kq-da Əşrəf Aşurov qızıl medal qazandı. Azarkeşlər onu sərbəst güləşdən yaxşı tanıyırlar. Əsasən aşağı yaş dərəcələrində böyük uğur qazanan qazaxlı bahadır son bir ildə özünü çimərlikdə sınayır. Allsport.az saytının əməkdaşı ilə söhbətdə o çıxışını dəyərləndirdi, güləşin sğzü gedən növləri barədə bunu söylədi:

“Vətəndə qızıl medal qazanmaq ayrı ofqatdır. Gözəl abu-hava, aramsız dəstək idmançılara əlavə güc verir. Allah qoysa, Yunanıstanda keçiriləcək 5-ci sıralamada da qalib olub dünya çempionu adına yiyələnmək istəyirəm.

Güləşin hər növündə gərgin mübarizə var. Mən fərq qoymazdım. Məşqçilər bu mövsüm özümü burada sınamağa məsləhət gördülər. Gələn il üçün hələ bilmirəm, ya döşəkdə, ya burada, onu zaman göstərəcək.

Müqayisə olunacaq bir şey yoxdur. Sərbəst güləşdə də nəticələrimiz çoxdur. Deməzdim, hansısa daha rahatdır. Qələbə üçün sonadək mücadilə aparmalısan”.

Həmin kateqoriyadan