- Baxış sayı: 161
- 04 Sentyabr 2026 17:56
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

Bu yaxınlarda Bratislavada gənc güləşçilərin dünya birinciliyi keçirildi. Allsport.az saytı xəbər verir ki, 8 gün boyunca gərginliklə yadda qalan həyacanlı tutaşmalar Müştəri mərkəzi S4 film və tədbirlər studiyasına toplaşan çoxsaylı tamaşaçılara yüksək ovqat bəxş etdi. Həmin yarışda Slovakiya paytaxtında yaşayan həmyerlilərimiz və azərbaycanlı beynəlxalq hakimlərimiz də diqqət çəkdi. Düzgün və keyfiyyəli işi ilə son dönəmdə AGF rəhbərliyinin etimadını qazanan Vüqar Şükürovun qarşıdakı hədəfi olimpiya dərəcəsinə yüksəlməkdir. Ona qədərsə tədbirlərin quruculuğunda özünü tam doğrultmaq istəyir:
“Bratislavada keçirilən dünya birinciliyində təşkilatçılıq yüksək səviyyədə idi. Amma bu, bizdə təşkil olunan yeniyetmələrin dünya çempionatına çata biməz. Özüm həmin yarışda idman təşviqatçısı idim. Bununla yanaşı, 1-ci dərəcəli beynəlxalq hakim olaraq daim ölkəmizi layiqincə təmsil etməyə çalışıram. Bütün məsələlərdə Azərbaycan güləş federasiyası bizə dəstək verir. Pərvin Piriyev başda olmaqla, digr rəhbər şəxslərə öz təşəkkürümü bildirəm”.
Slovakiyada iş başında olan digər 1-ci dərəcəli referimiz Tural Əliyev zorxanada dəfərlərlə dünya kubokunu və Avropa çempionluğunu qazanıb, Bakı-2017 İslam həmrəyliyi oyunlarında gümüş medalçı olub. Həmyerlimiz sərbəst güləş üzrə əməkdar məşqçidir. Bratislavada gənclərin dünya çempionatında yunan-Roma güləşində 130 kq-da final görüşünü idarə edib.
O, polis akademiyasının “Fiziki hazırlıq” kafedrasında müəllimlik edib. Hazırda polis baş leytenantı olaraq, Yardımlı rayon polis şöbəsinin rəis müavini vəzifəsini yerinə yetirir.