Tarixə düşən güləşçi: “Daha yüksək yer tutmalıydım”

Tarixə düşən güləşçi: “Daha yüksək yer tutmalıydım”

Nardaranda “Dəniz küləyi” istirahət mərkəzində çimərlik güləşi üzrə dünya sıralamasının 4-cü mərhələsində 60 kq-da Nərgiz Səmədova fəxri kürsüdə yer almaqla qadınlar arasında tarixi uğura yetişdi. O, mükafatlandırmadan sonra ilk açıqlamanı Allsport.az saytına verdi:

“Əslində, daha yüksək yer tutmalıydım. Səhv elədim, bu üzdən sonda 2-ci yerlə kifayətlənməli oldum. Şəxsi məşqçim Xəzər İsayev mənə çox ilham verdi. Deyirdi ki, güləşsən, hər şey yaxşı olacaq.

Hər halda, medalsız qalmadım, ilk etdim. İstək bir qədər də artdı. Qarşıda, Yunanıstanda növbəti mərhələ var. Məşqçilər heyəti münasib bilsələr, həmin yarışda da uğur qazanmağa hazıram”.

Həmin kateqoriyadan