“Növbəti yarışda bu uğuru təkrarlamağa çalışacağam”

“Növbəti yarışda bu uğuru təkrarlamağa çalışacağam”

Nardaranda “Dəniz küləyi” istirahət mərkəzində çimərlik güləşi üzrə dünya sıralamasının 4-cü mərhələsində 80 kq-da fəxri kürsündə 3 azərbaycanlı yer aldı. Onların arasında Vüsal Əliyev zirvədə qərarlaşdı. O, mükafatlandırmadan sonra sevincini Allsport.az saytına bölüşdü:

“Yarışa çox yaxşı hazırlaşmışdıq. Təlim-məşqlərdə özümü yaxşı tərəfdən göstərmişdim. 80 kq-da fəxri kürsünün zirvəsində yer aldığım üçün çox qürurluyam.

Allah qoysa, qarşıda bizi Yunanıstanda son mərhələ gözləyir. Növbəti yarışda bu uğuru təkrarlamağa çalışacağam. Ötən il sıralamanın qalibi olmuşdum. Bu dəfə özümü bir daha təsdiq etmək istəyirəm”.

Həmin kateqoriyadan