- Baxış sayı: 38
- 22 Aprel 2025 17:44
- Baxış sayı: 65
- Aprel 23, 2025
- 0
Bu gün Avropa Oyunlarında boks üzrə yarışların final görüşləri keçirilir. Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ilk olaraq rinqə Albert Səlimov çıxıb.
60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Fransa boksçusu Sofian Umiya ilə qarşılaşıb. Görüş azərbaycanlı boksçunun qələbəsi ilə başa çatıb – 3:0. Nəticədə, Səlimov Azərbaycana boks yarışlarında növbəti qızıl medalı qazandırıb.
Qeyd edək ki, əvvəlki günlərdə Elvin Məmişzadə (52 kq), Lorenzo Sotomayor (64 kq) və Teymur Məmmədov (81 kq) qızıl medal qazanmışdı. Anna Əlimərdanova (54 kq), Tayfur Əliyev (56 kq), Yana Alekseyevna (60 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) isə bürünc medala sahib çıxmışdılar.