Albert Səlimov: Razılıq olsa, Avropa Oyunlarında da mübarizə aparacağam

Aprelin 11-də WSB liqasının 12-ci turunda Quba Olimpiya İdman Kompleksində “Baku Fires” və ABŞ-ın “USA Knockouts” komandaları arasındakı qarşılaşma Azərbaycan boksçularının 5:0 hesablı inamlı qələbəsi ilə bitdi.
Bu rəqabətdə, həm də millimizin üzvü Albert Səlimovun üçün əlamətdar olub. 60 kq-da Karlos Balderas arasında keçirilən döyüşdə ciddi zədə alan rəqib, mübarizəni davam etdirə bilmədiyindən, qələbə təmsilçimizə verilib. Beləliklə, Dünya Boks Seriyasının reytinqində 1-ci pillədə yeriqi qoruyan rinq ustası Rio-2016-ya vəsiqə qazanıb.
Görüşdən sonra titullu idmançı allsport.az saytına müsahibə verdi. Həmkarımızla söhbətdə, o, amerikalı opponenti ilə qarşılaşmadan danışdı, gələcək planlarını açıqladı.

– Deməzdim ki, bu döyüşdə bəxim gətirdi. Düzdür, ilk raundda passiv idim, taktikanı düzgün seçməmişim. Amma sonradan fəallaşdım, öz üslubumla hərəkət etdim və hər şey qaydasına düşdü. Heç yorğunluq hiss etmədim. Qələbə qazanmağımda çətinlik çəkmədim.

– Hər halda, döyüşün gedişində rəqibin alın nayihəsinə yetirdiyin güclü zərbə tez-tez qan axması ilə nəticələndi. Belədə, rinqin hakimi görüşü saxladı və sizi vaxtından əvvəl qalib elan etdi.
– Əslində, ilk raunddan sonra döyüşü aparırdım. Bütün rəqiblərə eyni gözlə baxıram. Razıyam, birinci hissədə «yatdım». Amma sonradan vəziyyətə nəzarət edirdim.

– Bu qələbədən sonra reytinqdə ilk pillədə mövqeyini qorudun. Demək, Rio Olimpiadasına lisenziyanı öncədən özünə təmin etmisən.
– Hələ bir döyüşüm qalıb. Amma məşqçilər korpusu qərara gəldi ki, ““Argentina Condors” komandası ilə evdə görüşünə yollanmayım. Məsələ həll olunub. İnşallah, bundan sonra bir müddət dincələcəyəm.

– Olimpiya oyunlarında hədəfin nə olacaq?
– Allaha və mənə dəstək olan hər kəsə minnətdaram. Təbii, indidən rahatlaşmamalıyam. Əsl arxayınçılıq Rioda olacaq (gülür). Orada yaxşı nəticə üçün döyüşəcəyəm.

– Rio-2016-dan öncə, milli komandamızı daha bir ciddi sınaq gözləyir. Bu, Birinci Avropa Oyunlarıdır. Bakıda da özünü sınamaq istərdinmi?
– AİBA, Azərbaycan Boks Federasıyasının rəhbərliyi, “Baku Fires”in baş meneceri Rizvan Gənciyev və məşqçlərimiz razılıq versələr, Avropa Oyunlarında mübarizə aparacağam. Bunu çox arzulayıram.

Həmin kateqoriyadan