- Baxış sayı: 63
- 18 Sentyabr 2026 14:11
- Baxış sayı: 215
- Sentyabr 17, 2026
- 0

Slovakiya paytaxtı Bratislavada gənclərin dünya birinciliyində yunan-Roma güləşçilmiz Elmin Əliyev 3-cü yer tutdu. O, çıxışını başa vurduqdan “Mladost” idman zalında Allsport.az saytına açıqlama verdi:
“Allaha həmd olsun, şükür Tanrıya, medalsız qalmadım. Bura çempionluq üçün gəlmişdim, qismət olmadı. Allah qoysa, bəzi səhvlərimi düzəldib növbəti yarışlarda “bürünc”ü “qızıl”a çevirirəm. Allaha çox şükürlər olsun, yaxşı başlamışdım: 23 yaşlıların Avropasında qalib olmağı bacardım.
Gənclərin qitə birinciliyində müəyyən səhvlərə yol verərək orada da 3-cü yer tutmuşdum. Bratislavada eyni nəyicə. İnşallah, qarşıda bizi Las Veqasda U-23 dünya çempionatı gözləyir. Bu səhvləri orada düzəldin, Allahın köməkliyi ilə qıızl medal qazanarıq”.
Kamran HACI, Bratislava