Dünya çempionatında 8 medal

Dünya çempionatında 8 medal

Bu gün Bakıda çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçirilib.

Allsport.az xəbər verir ki, ilk dəfə ölkəmizdə təşkil edilən mundialda 30-dan artıq ölkədən 150-yə yaxın idmançı mübarizə aparıb.

“Sea breeze” istirahət mərkəzində təşkil edilən yarışda 8 güləşçimiz fəxri kürsüyə qalxıb. Elcan Həsənov (60 kq) və Nihad Süleymanlı (80 kq) dünya çempionu olub.

Əlirza Heybətli (60 kq), Elgün Kərimli (90 kq) və Rəna Nuriyeva (65 kq) gümüş, Tunar Quliyev (70 kq), Ruslan Vəliyev (80 kq) və Simurə Abdullayeva (75 kq) isə bürünc medal qazanıb.

Oğlanlar

60 kq

  1. Elcan Həsənov (Azərbaycan)
  2. Əlirza Heybətli (Azərbaycan)
  3. Əmirəli Domirkolaey (İran)

70 kq

  1. Kiaraş Torabi (İran)
  2. Human Kalhori (İran)
  3. Tunar Quliyev (Azərbaycan)

80 kq

  1. Nihad Süleymanlı (Azərbaycan)
  2. Reza Jalilian (İran)
  3. Ruslan Vəliyev (Azərbaycan)

90 kq

  1. Əmirsaleh Cavidaniyeganeh (İran)
  2. Elgün Kərimli (Azərbaycan)
  3. Əmirəıi Əmini (İran)

Qızlar

45 kq

  1. Ti Honq (Vyetnam)
  2. Məryəm Qrib (Əlcəzair)
  3. Mira Hiqaşi (Yaponiya)

55 kq

  1. Reisa Kocima (Yaponiya)
  2. Arianna Qarza (ABŞ)
  3. Eleni Qavrinioti (Yunanıstan)

65 kq

  1. İrina Buxtina (Ukrayna)
  2. Rəna Nuriyeva (Azərbaycan)
  3. Arina Kuanişova (Qazaxıstan)

75 kq

  1. Matilda Ann Hrubi (ABŞ)
  2. Vasiliki Karavanu (Yunanıstan)
  3. Simurə Abdullayeva (Azərbaycan)

Həmin kateqoriyadan