- Baxış sayı: 20
- 27 Avqust 2026 19:30
- Baxış sayı: 20
- Avqust 27, 2026
- 0


Nardaranda “Dəniz küləyi” istirahət mərkəzində çimərlik güləşi üzrə yeniyetmələrin dünya birinciliyində 60 kq-da Elcan Həsənov fəxri kürsünün ən yüksək pilləsinə çıxdı. Allsport.az saytı xəbər verir ki, mükafatlandırmadan sonra o sevincini KİV-lə bölüşdü:
“Allaha həmd olsun, yarışa çox yaxşı hazırlaşmışdıq. Məsuliyyət böyük idi. Təşkilatçılıq da bizi qane etdi. Rəqiblər bir-birindən layiqli idi. Finalda öz komanda yoldaşıma qalib gəldim.
Bu ay Bakıda keçirilən yeniyetmələrin dünya birinciliyində qızıl medal qazana bilmədim. Öz ölkəmizdə məsuliyyətdən irəli gələn təlaş bəzən əleyhinə işləyir. Bu dəfə zamanənda toplanlandım”.